Sadə bir kliklə dəstək: Aviasales.az klikləri pula çevirib xeyriyyəyə yönəldir

“Aviasales.az” və “Nargis” Fondu birlikdə Qurban bayramı münasibətilə xüsusi xeyriyyə marafonu keçirir. Bu marafona sadə bir kliklə qoşulmaq olar.

https://qurban.aviasales.az/ saytında hər klik 0,20 AZN-ə çevrilir və daxıla atılır. Bu sistem sayəsində yığılmış məbləğ “Nargis” Fondunun hesabına köçürüləcək.

“Nargis” Fondunun əsas məqsədi xeyriyyə aksiyaları keçirməklə aztəminatlı ailələrə, müalicə və əməliyyata ehtiyacı olan uşaqlara səhiyyə sahəsində yardım göstərməkdir. Fond mütəmadi olaraq, uşaq evləri və internat məktəblərində xüsusi qayğıya ehtiyacı olan uşaqların,o cümlədən Qocalar evi sakinlərinin asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş tədbirlər və görüşlər keçirir.

Aksiyada hər kəs iştirak edə bilər. “Aviasales.az” Fondun hesabına 5000 AZN pul köçürmək öhdəliyi götürüb. Toplanan vəsait hesabına Fond aztəminatlı ailələrə Bayram sovqatları çatdıracaq.


“Aviasales.az”-ın direktoru, İsmail İsmailzadə deyir: “Qurban bayramı gözəl, ailəvi bayramdır. Dünyada hələ də pandemiya ilə bağlı məhdudiyyətlərin olduğu bir vaxtda biz istifadəçilərimizi onlayn birləşdirmək istədik. Bütün məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, bu bayram hər kəs sadə bir klik etməklə xeyriyyə aksiyasında iştirak edə bilər”.

Bayram sevinci bölüşmək hələ heç vaxt bu qədər asan olmamışdır.

Teqlər: