Sabunçu bazarında yanğın oldu, xəsarət alan yoxdur

Sabunçu bazarında yanğın oldu, xəsarət alan yoxdur

  Bakının Sabunçu rayonunda Sabunçu bazarının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 kv/m olan mağazanın yanar konstruksiyaları, vətəndaşa məxsus ümumi sahəsi 12 kv/m olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m2 sahədə yanıb.

Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.