Sabirabadda 3 otaqlı ev yanıb

Sabirabad rayonunda 3 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Minbaşı kəndində ümumi sahəsi 112 m² olan kürsülü birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.


Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: