Sabiq baş nazir interpola verildi

Sabiq baş nazir interpola verildi

Rusiya tərəfi Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuku beynəlxalq axtarışa verib.

Rusiya Baş Prokurorluğunun rəsmi nümayəndəsi Aleksandr Kurennoy bildirib ki, Ukrayna sabiq baş nazirinin axtarışı ilə bağlı materiallar İnterpola göndərilib.

Qeyd edək ki, Ukrayna Daxili İşlər Nazirliyi Rusiya hüquq-mühafizə orqanları İnterpola müraciətinin sürətini əldə etdiyini açıqlayıb.

Bir müddət əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin 1994-1995-ci illərdə Çeçenistanda keçirilən antiterror əməliyyatı zamanı rusiyalı hərbçilərə qarşı cinayətlərdə Ukraynanın rəsmi şəxslərinin iştirak etdiyini açıqlayıb. O bildirib ki, rus hərbçilərinə qarşı vuruşduğu və onları öldürdüyü üçün Ukraynanın sabiq baş naziri Arseni Yatsenyuk hətta “Şərəf” ordeninə layiq görülüb.