Sabahdan qadağa ləğv olunur

Sabahdan qadağa ləğv olunur

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) IV İslam Həmrəyliyi Oyunları ilə bağlı paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyət müddətlərininlərin bitməsi ilə bağlı müraciət edib:

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilmişdir ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi sürücülərin diqqətinə çatdırır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə cari il may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur.