Sabah Bakıda 27 dərəcə isti olacaq

Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi səhər tədricən zəifləyəcək, gündüz şimal-şərq küləyi əvəz olunacaq.

Abşeron yarımadasında gecə 19-21° isti, gündüz 25-28° isti, Bakıda gecə 19-21 isti, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi səhər tədricən zəifləyəcək, gündüz şimal-şərq küləyi əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Sentyabrın 4-ü səhərədək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun tədricən aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

Teqlər: