Saatlıda karantin qaydalarının pozulduğu 3 toy məclisi aşkar edilib (VİDEO)

Xəbər - Fərid Zöhrabov -Trend:

Saatlıda karantin qaydalarının pozulduğu 3 toy məclisi aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Məzrəli, Nabatkənd və Qaralar kəndlərində yerləşən 3 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Şöbə əməkdaşları tərəfindən qaydaları pozan məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.


Teqlər: