Saat 10-dan sonra kafe işlədənlər cərimələndi

Saat 10-dan sonra kafe işlədənlər cərimələndi

Bakıda karantin rejim qaydalarını pozan ictimai iaşə obyektləri aşkarlanıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, müəyyən olunan vaxtdan kənar, Ramana qəsəbəsindəki 3 kafedə 19 nəfər, Sabunçu qəsəbəsi şəhər şosesində yerləşən digər kafedə 7 nəfər, Bakıxanov qəsəbəsində 1 restoranda 11 nəfər nəfər müəyyən olunub.

Restoran və kafelərdə sanitar-epidemioloji normalarını pozan 37 nəfər müvafiq polis bölmələrinə dəvət olunaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə hər biri barəsində protokol tərtib olunub.