Rusların Türkiyəyə tətil axını

Rusların Türkiyəyə tətil axını

Rusların yenidən Türkiyəyə tətil axını başlayıb. Ancaq may tətillərində 30 faizlik artım gözlənilir.

Türkiyə ilə münasibətləri normallaşan Rusiyanın vətəndaşları yenidən tətil üçün bu ölkəyə axın etməyə başlayırlar. ‘NETWORK NEWS’ Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Rusiya Turizm Operatorları Asossasiyasının direktoru Mayn Lomidzenin sözlərinə görə, bu xüsusilə may tətilləri zamanı özünü daha çox biruzə verəcək. Türkiyəyə turizm göndərişləri 30 faizə yaxın artıb.

Rusların ən çox üz tutduqları məkanlar arasında növbəti yerlərdə Yunanıstan və Kipr var. Dördüncü yerdə Çexiya qərarlaşıb.

Xatırladaq ki, Türkiyə uzun illər ərzində rus turistlərin istirahət üçün ən çox üz tutduqları ölkə olub. Lakin 2015-ci ilin noyabr ayında iki ölkə arasında yaranmış təyyarə böhranından sonra münasibətlər pisləşib. Rusiya öz vətəndaşlarına Türkiyəyə səfərdən çəkinməyə çağırıb. Nəticədə rus turistlərin axını 50 faizdən çox azalıb.