Rusiyanın üç şəhərindən Bakıya reyslər işə salınır

Xəbər - Zeyni Cəfərov – Trend:

Rusiyanın “Azimut” aşağıbüdcəli aviaşirkəti Rostov, Mineralnıe Vodı və Krasnodardan Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.

AzerTimes-ın məlumatına görə, Mineralnıe Vodı-Bakı reysləri iyunun 19-dan işə düşəcək. Uçuşlar həftədə bir dəfə, şənbə günləri baş tutacaq.

Rostov şəhərindən Bakıya uçuşlar iyunun 23-dən başlayacaq və çərşənbə günləri həyata keçiriləcək.

Krasnodardan isə reyslər iyunun 26-dan başlayacaq. Bu reyslər həftənin şənbə günləri baş tutacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: