Rusiyanın iki şəhərindən Bakıya çarter reysləri təşkil olunacaq

Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:

Rusiyanın “Pegas Fly” aviaşirkəti fevralın 17-dən etibarən Nijni Novqorod şəhərindən Bakıya aviareyslər təşkil edəcək.

AzerTimes-ın məlumatına görə, reyslərin martın 24-dək davam etməsi nəzərdə tutulur.

Uçuşlar həftədə bir dəfə, çərşənbə günləri keçiriləcək.

Bundan başqa, martın 4-dən 25-dək Yekaterinburqdan Bakıya çarter reyslərin həyata keçirilməsi planlaşdırılır.

“Uralskie avialinii” aviaşirkətinin uçuşları həftədə bir dəfə, cümə axşamları baş tutacaq.

Teqlər: