Rusiyanın daha bir şəhərinə uçuşlar başlayır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiyanın “S7 Airlines” aviaşirkəti iyulun 4-dən etibarən Saratov-Bakı marşrutu üzrə uçuşlara başlayacaq.

AzerTimes-ın məlumatına görə, uçuşların həftədə bir dəfə bazar günləri Boeing-737 800 təyyarəsi ilə həyata keçirilməsi nəzərdə tutulur.

Saratovdan yola düşmə saat 18:00-da, Bakıya gəliş 20:20-də (hər istiqamət üçün yerli vaxtla) planlaşdırılır.

Xatırladaq ki, Rusiya tərəfi iyunun 28-dən etibarən Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən uçuşların sayını artırmağı planlaşdırır.

Twitter: agdzhaev

Teqlər: