Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb.

Bu barədə AzerTimes-a Dövlət Gömrük Komitəsindən bildiriblər.

Rusiya Federasiyası istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Lada Priora” markalı nəqliyyat vasitəsi saxlanılıb.

Yoxlama zamanı avtomobilin sağ oturacağının altındakı boşluqda gömrük nəzarətindən gizlədilən bir ədəd üzərində “MP-654 K. CAL 4,5 MM, T 17063963” yazısı olan pnevmatik tapança və həmin tapançaya aid daraq aşkar edilib.

Teqlər: