Rusiyada uçqun – Qarın altında qalanlar var

Rusiyada qar uçqunu olub.

Yenicag.az “TASS”a istinadən xəbər verir ki, hadisə Krasnoyarsk diyarının Norilsk şəhərində baş verib.

Beş evin qarın altında qaldığı bildirilir.

Hazırda qar altında qalanların sayı dəqiqləşdirilir və xilas edilmələri istiqamətində işlər aparılır.

Hadisə yerinə Rusiya FHN-nin Sibir regionu üzrə bölmələri, 50 nəfər heyət və 3 texniki vasitə yollanıb.

www.yenicag.az