Rusiyada son sutkada 586 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,61 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 21 734 nəfər virusa yoluxub, 586 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 612 800 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 66 623 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 002 026 şəxs virusdan sağalıb, 544 151 nəfərin müalicəsi isə davam edir.