Rusiyada quş qripi ocaqları aşkar edilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Çelyabinsk şəhərində yüksəkpatogenli quş qripi ocaqları aşkar edilib.

Trend-in məlumatına görə, yoluxma faktları bir özəl təsərrüfatda və iri təşkilatda müəyyən olunub.

Qeyd olunur ki, yoluxma baş verən sahələrdə 11 minədək ev quşu saxlanılır. Onların məhv ediləcəyi istisna olunmur.


Hələlik bölgədə insanların yoluxub-yoluxmaması barədə məlumat verilməyib.