Rusiyada qasırğa nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Rusiyada bir uşaq da daxil olmaqla üç nəfər qasırğanın qurbanı olub.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində daha 8 nəfər yaralanıb.

“Tver bölgəsində baş verən qasırğa nəticəsində aralarında biri uşaq olmaqla üç nəfər həlak olub. Daha 8 nəfər yaralanıb”, – məlumatda deyilir. Qasırğa nəticəsində ən azı 90 ağacın düşdüyü qeyd olunur.

Teqlər: