Rusiyada ötən gün 399 nəfər koronavirusdan ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,75 milyonu ötüb.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 8 828 nəfər virusa yoluxub, 399 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 753 789 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 107 900 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 4 380 468 şəxs virusdan sağalıb, 265 421 nəfərin müalicəsi isə davam edir.