Rusiyada metanol zavodu layihəsi aktiv mərhələdədir – SOCAR

Xəbər - Ləman Zeynalova – Trend:

Rusiyanın Vısotsk şəhərində metanol zavodunun tikintisi layihəsi aktiv mərhələdədir.

Trend-in məlumatına görə, bunu “Socar Rus” şirkətinin baş direktoru Fərid Cəfərov deyib.

O bildirib ki, SOCAR metanol zavodu layihəsində texniki məsləhətçi qismində iştirak edib:


“Layihə artıq aktiv mərhələdədir. Layihənin tam şəkildə reallaşdırılması üçün danışıqlar gedir. “Hyundai” şirkəti baş podratçı qismində iştirak edir. Layihə başa çatdıqdan sonra bu, Rusiya ilk liman metanol zavodu olacaq. Zavod boru kəməri ilə təbii qazı alacaq və onu metanola çevirərək istehlakçılara təqdim edəcək”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: