Rusiyada koronavirusun Cənubi Afrika ştammı aşkarlanıb

Rusiya Federasiyasında koronavirusun Cənubi Afrika ştammına yoluxma halı qeydə alınıb.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə , bu barədə cümə axşamı Rospotrebnadzor federal xidmətinin saytında məlumat verilib.

“28 Britaniya, iki Cənubi Afrika, 16 koronavirusun digər mutasiya ştammı aşkarlanıb. Braziliya ştammı aşkarlanmayıb”, – məlumatda deyilir deyilir.


Araşdırmaları Rospotrebnadzor xidmətinin 14 tədqiqat təşkilatı aparır.

Teqlər: