Rusiyada koronavirusun bütün variantlarını müəyyən edən test qeydiyyata alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Federal Tibb-Biologiya Agentliyi ölkədə koronavirusun mövcud olan bütün variantlarını müəyyən edə bilən test sistemini qeydiyyata alıb.

AzerTimes-ın məlumatına görə, bu barədə agentliyin bəyanatında deyilir.

Qeyd olunur ki, həmin sistem selikli qişadan götürülən yaxmadan virusun RNT-sini keyfiyyətli şəkildə müəyyən edə bilən reagentlər toplusudur.

Agentlik test sistemi üçün müvafiq qeydiyyat şəhadətnaməsi verib.