Rusiyada koronavirusdan ölənlərin sayı 103 min nəfərə çatır

Xəbər - Trned:

Rusiyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 8 702 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 4 641 390 nəfərə çatıb.


Məlumata əsasən, son sutka koronavirusdan 7 230 nəfərə sağalıb, 337 nəfər isə vəfat edib. Hazırkı dövrədək koronavirusdan sağalanların sayı 4 265 509 nəfər, ölənlərin sayı isə 102 986 nəfər təşkil edir.