Rusiyada koronavirusdan ölənlərin sayı 100 mini keçdi

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,57 milyonu keçib.

AzerTimes-ın məlumatına görə, ölkədə son sutka ərzində 9 021 nəfər virusa yoluxub, 384 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 572 077 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 100 017 nəfərə çatıb.


Ölkə ərazisində ümumilikdə 4 195 869 şəxs virusdan sağalıb, 276 191 nəfərin müalicəsi isə davam edir.