Rusiyada koronavirusa qarşı vaksin olunanların sayı açıqlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyada koronavirusa qarşı vaksinin birinci dozası ilə peyvəndlənənlərin sayı 47,4 milyon nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Tatyana Qolikova hökumətin iclasında deyib.

O bildirib ki, ölkədə hər iki doza ilə vaksinlənənlərin sayı isə 42,2 milyon nəfər təşkil edir.


Nazir müavini əlavə edib ki, daha 1,9 milyon nəfər təkrar və ya xəstəlikdən sonra peyvəndlənib.

Qeyd edək ki, Rusiyada bu günədək 7,63 milyondan çox şəxs koronavirusa yoluxub. Ölənlərin sayı 211 min nəfəri keçib.