Rusiyada koronavirusa daha 24 min nəfər yoluxub

Rusiyada ötən stuka ərzində koronavirusa 24 072 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 6 126 541 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusa 779 nəfər vəfat edib, 18 678 nəfər isə sağalıb. Koronavirusdan ölənlərin ümumi sayı 153 874, sağalanların sayı isə 5 490 634 nəfər təşkil edir.

Bildirilir ki, hazırda 482 033 nəfərin müalicəsi davam edir.