Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 3 hərbçi həlak olub

Rusiyanın Kaluqa vilayəti yaxınlığındakı hərbi aerodromda qırıcı təyyarə qəzaya uğrayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, “Tu-22M3” bombardmançı təyyarəsində yerdə gözlənilmədən katapulta sisteminin işə düşməsi nəticəsində təyyarənin 3 heyət üzvü ölüb.

Hadisə uçuşa hazırlıq zamanı baş verib.