Rusiyada fabrik yanır – Ölən və yaralananlar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Sankt-Peterburq şəhərində “Nevskaya manufaktura” fabrikində güclü yanğın başlayıb.

AzerTimes-ın məlumatına görə, yanğının qarşısı alınarkən bir yanğınsöndürən həlak olub, daha iki nəfər xəsarət alıb.

Digər yanğınsöndürənlər yanan binadan çıxarılıb.


Yanğın 4 min kvadratmetr sahəni əhatə edir. Fabrikin dam örtüyü çöküb.

Yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.