Rusiyada azərbaycanlılarla taciklər arasında dava olub

Rusiyada azərbaycanlılarla taciklər arasında dava olub

    Dünən (17 avqust) Rusiyanın Nijniy Novqorod şəhərində bazarda azərbaycanlılarla Mərkəzi Asiyadan gəlmiş miqrantlar arasında davanın baş verməsi barədə yazmışdıq.

“Kommersant” qəzeti hadisənin təfərrüatlarını dərc edib.

“Kuzbasski” bazarında alver edən azərbaycanlılardan birinin piştaxtasının qarşısında Özbəkistan vətəndaşı olan şəxs avtomobilini saxlayıb. Azərbaycanlı ondan maşınını götürməsini tələb edib. Mübahisə başlayandan sonra bazarda olan azərbaycanlılar özbəyi döyərək oradan uzaqlaşdırıblar. Bildirildiyinə görə, özbək üzünü azərbaycanlıya tutaraq “azərbaycanlıların arasında kişi yoxdur” ifadəsini işlədib və buna görə də, döyülüb.

Bir müddət sonra döyülən özbək bir dəstə Tacikistan mənşəli miqrantla bazara qayıdıb. Onlar armatur və digər küt alətlərlə silahlanıbmışlar. Baş vermiş kütləvi davada 150-200 nəfərin iştirak etdiyi bildirilir.

Maraqlıdır ki, hadisə yerinə polis və xüsusi təyinatlılar gəldiyi vaxt dava edənlər dağılışıb və alverlərinə davam ediblər. Heç kim saxlanılmayıb.

Mənbə əlavə edir ki, ertəsi gün bazar bağlanıb və polis burada kütləvi yoxlama işləri aparır.