Rusiya və Fransa prezidentləri Qarabağı müzakirə etdi

Rusiya və Fransa prezidentləri Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Kreml mətbuat xidməti bu barədə məlumat yayıb.

Liderlərin Qarabağ münaqişəsini müzakirə etdiyi və ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik səylərinin davam etdirilməsi barədə razılığa gəldiyi bildirilib.

Həmçinin Makronla Putinin koronavirusla mübarizədə birgə əməkdaşlıq məsələlərinə də toxunduqları qeyd edilib.