Rusiya Qarabağla bağlı bu səhvini düzəltdi – Foto

Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycanın Dağlıq Qarabağ ərazisi ilə bağlı texniki səhvə yol verilib.

Yenicag.az xəbər verir ki, Dağlıq Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım göstərən hərbi sülhməramlı həkimlərin mobil qrupları barədə məlumatın başlığında Qarabağın dağlıq hissəsinin adı 3 hərfin inisialı ilə göstərilib.

Bir müddətdən sonra isə sayt texniki səhvi düzəldərək sülhməramlı-həkimlərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ sakinlərinə yardım göstərdiklərini yazıb.

www.yenicag.az

Teqlər: