Rusiya ilə ABŞ-ın arası qızışır

Rusiya ilə ABŞ-ın arası qızışır

ABŞ səfirliyinin hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb.

İnterfaks agentliyinin yaydığı xəbərə görə, bu barədə nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

“Bu axşam ABŞ-ın hərbi attaşesi Rusiya Müdafiə nazirliyinə çağırılıb. ABŞ tərəfinə bildirilib ki, Rusiya aprelin 8-dən etibarən iki ölkə arasında Anlaşma Memorandumu çərçivəsində öhdəliklərini dayandırır”, deyə İ.Konaşenkov qeyd edib.

Rusiya Müdafiə nazirliyi həmçinin Pentaqonu Suriyada hava insidentlərinin qarşısının alınmasına dair qaynar xətt kanallarının işinin dayandırılması barədə məlumatlandırıb.

Qeyd edək ki, buna səbəb ABŞ-ın Suriya hərbi aerodromuna raket zərbələrinin endirilməsidir. Bu hadisədən qətiliklə razı qalmayan Rusiya tərəfi ABŞ-nı BMT sülh hüquq normalarını pozduğu ilə günahlandırır və bu qərarın verilməsində Rusiya və digər ölkələrin məlumatlandırılmaması, iki ölkə arasında olan anlaşma memorandumunu heçə sayılması nəticəsinə görə bu addımı atdığını düzgün sayır.