Türkiyə güclü silah əldə etdi

Türkiyə güclü silah əldə etdi

Rusiya və Türkiyə S-400 zenit raket sistemlərinin satışı ilə bağlı sazişin texniki məsələləri üzrə anlaşma əldə ediblər.

Bu barədə bu gün Peterburq beynəlxalq iqtisadi forumunun kluarlarında “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.

O həmçinin bildirib ki, hazırda Rusiya tərəfi bu silahı almaq üçün Türkiyəyə kredit ayrılması üzrə imkanlara baxır.

“Maliyyə məsələsinin müzakirəsi gedir. Türkiyə tərəfi maliyyə almaq üçün imkanlar axtarır. Bu məsələ hökumətlərarası səviyyədə müzakirədə idi, buna görə də yalnız hökumət kredit ayıra bilər” – deyə korporasiya başçısı bildirb.

Daha öncə, Türkiyə müdafiə naziri Fikri Işık bildirmişdi ki, S-400 zenit raket sistemlərinin satışı ilə bağlı iki ölkə arasında danışıqlarda irəliləmə var.

Rəsmi adı “Triumf” olan S-400 zenit raket sistemi bütün çağdaş və perspektiv hava kosmik hücum vasitələrinin məhvi üçün nəzərdə tutulur. Bu sistemlər 2007-ci ildən Rusiya ordusunda tətbiq edilir.

s-400-zenit