Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu vəfat edib

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

AzerTimes xəbər verir ki, bu barədə Bakı və Azərbaycan Yeparxiyasının İnformasiya şöbəsindən bildirilib.

13 oktyabr 1952-ci ildə Rusiyanın Yaroslavl şəhərində doğulub, 1975-ci ildə dyakon olub. Moskva Teoloji Akademiyası məzunudur. 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib. 1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopluğu statusu təyin olunub və 1999-cu ildə o, bu dərəcəyə yüksəldilib.

2012-ci ildən bəri dərəcəsi arxiyepiskopdur.

Teqlər: