Rumıniyada koronavirusa yoluxanların sayı 1 milyon nəfəri ötüb

Rumıniyada ötən stuka ərzində yeni koronavirusa 4 310 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 1 002 865 nəfərə çatıb.

Bildirilir ki, son sutka koronavirusdan 139 nəfər ölüb, ölənlərin ümumi sayı 25 006 nəfər təşkil edir.


Qeyd edilir ki, hazırda 13 337 nəfərin xəstəxanada müalicəsi davam etdirilir.