Rumıniya sahillərində Rusiyanın yük gəmisi batıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın “Volgo Balt 179” yük gəmisi Rumıniya sahillərində batıb.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub, 10 dənizçi xilas edilib.

Daha bir heyət üzvünün axtarışları davam edir.


Qəzaya kəskin hava şəraitinin səbəb olduğu ehtimal edilir. Hadisə zamanı gəmi Rumıniya sahilində 76 mil məsafədə olub.