Ruhi xəstə polis qadını döydü

Ruhi xəstə polis qadını döydü

Qazaxıstanın Almatı şəhərində ruhi-əsəb xəstəxanasının pasienti şəhər məktəblərindən birinin ərazisində qadın polisə hücum edib. İnsident şahidlər tərəfindən videoya çəkilib.

Qara dəri plaş geymiş şəxs əvvəlcə futbol oynayan məktəbliyə sataşıb. Ətrafdakı şəxslər və məktəbin sahə müvəkkili onu sakitləşdirməyə çalışıblar. Polis əməkdaşı uşaqdan əl çəkməsini ondan tələb edərkən şəxs hüquq mühafizəçisini təhqir edib, onu itələyərək üzərinə hücum çəkib.

Hazırda faktla bağlı istintaq aparılır. Məktəb mühafizəçisinin səhhəti üçün həyati təhlükə olmadığı bildirilir.