Ronaldu daha bir rekorda imza atdı

İtaliyanın “Yuventus” klubunun və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu karyera ərzində qolların sayında görə dünya rekorduna imza atıb.

AzerTimes-ın məlumatına görə, ötən gün İtaliya Super Kubokunun finalı çərçivəsində “Napoli”yə qarşı baş tutan matçda 760-cı qolunu vuran K.Ronaldu bu göstəricidə dünya sıralamasında birinci pilləyə yüksəlib.

Portuqaliyalı futbolçu karyerası ərzində 759 qol vuran Çexoslovakiyanın hücumçusu Yosef Bitsanın rekordu qırıb.

Xatırladaq ki, yanvarın 3-ü K.Ronaldu bu göstəricidə Peleni üstələmişi. Pele karyerası ərzində 757 qol vurub.

Teqlər: