Ronaldu cəzalandırıldı – 5 oyun kənarda qalacaq

Ronaldu cəzalandırıldı – 5 oyun kənarda qalacaq

Real Madridin hücumçusu Kriştianu Ronaldu İspaniya Kral Futbol Federasiyasının qərarı ilə 5 oyunluq cəzalandırılıb.    

Bu barədə məlumat federasiyanın rəsmi saytında yerləşdirilib.

İspaniya Superkubokunun ilk oyununda “Barselona” ilə qarşılaşmanın 82-ci dəqiqəsində portuqaliyalı futbolçu hakimi aldatmağa cəhdə görə ikinci sarı və ardınca qırmızı vərəqə ilə meydandan qovulub. Kriştianu Ronaldu buna emosional reaksiya verib və hakimi arxadan itələyib. Bu epizod oyunun protokoluna daxil edilib. Nəticədə federasiya futbolçunu qırmızı vərəqəyə görə 1, hakimə qarşı hərəkətinə görə 4 oyunluq diskvalifikasiya edib.

Qeyd edək ki, “Barselona” – “Real” oyunu avqustun 13-də “Kamp Nou” stadionunda keçirilib və “Real”ın 1:3 hesablı qələbəsi ilə başa çatıb. Ronaldu 58-ci dəqiqədə meydana əvəzetmə ilə daxil olub və qırmızı vərəqə alanadək bir qol vurub.

Cavab oyunu avqustun 17-də Madriddə keçiriləcək.