Ronaldonun 15 il sonrakı etirafı

Ronaldonun 15 il sonrakı etirafı

Braziliyalı əfsanəvi futbolçu Ronaldo DÇ-2002-də Türkiyə ilə yarımfinal oyunu ilə bağlı xatirəsini bölüşüb.

İspaniya kanalına açıqlamasında 15 il əvvəlki saç düzümünün əsas səbəbini açıqlayıb:

“Türkiyə ilə oyunda ayağımda ağrılar və yüngül zədə vardı. Bu da medianın diqqətindən yayınmamışdı. Final öncəsi bütün mətbuat mənim zədəmə diqqət çəkirdi, bu isə rəqib üçün sərfəli məlumat idi. Mən də oyundan sonra oteldə saçımı kəsdim, bütün komanda yoldaşlarım mənə güldülər. Ancaq mən bununla medianı ayağımdan yox, başımdan yazmağa vadar etdim. Zədəli olduğumu hamı unutmuşdu. Finalı da rahat şəkildə oynadım”.

ronaldo