Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Roma papası I Fransisk martın 5-də İraqa səfər edəcək.

AzerTimes-ın məlumatına görə, bu, onun son 15 ay ərzində ilk xarici səfəri olacaq.

Roma papası səfəri çərçivəsində Bağdad, Nəcəf, Ərbil, Mosul şəhərlərində olacaq.


Bu, Roma papasının İraqa tarixdə ilk səfəri olacaq. Səfər martın 8-dək davam edəcək.