Roma papası İraq şiələrinin lideri ilə görüşüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Roma papası I Fransisk İraqa səfəri çərçivəsində Nəcəf şəhərində İraq şiələrinin lideri, ayətulla Əli əl-Sistani ilə görüşüb.

AzerTimes-ın məlumatına görə, bu din xadimləri arasında ilk görüş olub.

Təxminən yarım saata yaxın davam edən görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, 90 yaşlı Əli əl-Sistani çox nadir hallarda görüşlər keçirir.


Roma papası koronavirus pandemiyası başladıqdan sonra ilk səfərini İraqa edib. Səfər martın 8-dək davam edəcək.