Bu da robot-mühafizəçilər

Bu da robot-mühafizəçilər

Sinqapurda idarə və müəssisələri qorumaq üçün robot-mühafizəçilər peyda olub.

“Ademco Security Group” şirkətinin istehsal etdiyi 4 təkərli robotlar 7 videokamera ilə təchiz olunub.

Boyu 1,6 metr, çəkisi 160 kq olan S5 robotları avtonom rejimdə işləyir və onları məsafədən idarə etmək mümkün deyil. Ona görə də robotların fəaliyyətini izləmək lazım gəlir. İstehsalçı bildirir ki, bu robotlar oğruların müəssisəyə girişini qeydə ala bilər, amma ona müqavimət göstərə bilməz. S5 hətta pilləkənləri qalxmaq iqtidarında da deyil.

Mühafizəçi robotların icarəsi ayda 7,5 min dollara başa gələcək. Başqa sözlə, robotun 1 saatlıq işinin dəyəri 10,4 dollar olacaq.

robot-guardian