Rəşt-Astara dəmir yolunun tikintisi başa çatdıqdan sonra yük daşımalarının artması gözlənilir

Xəbər - Fidan Babayeva AzerTimes:

Rəşt-Astara dəmir yolunun tikintisi başa çatdıqdan sonra dəmiryol daşımalarının həcminin artması gözlənilir.

AzerTimes-in məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev Peterburq beynəlxalq iqtisadi forumunda deyib.

O qeyd edib ki, Azərbaycan ərazisindən bir neçə beynəlxalq tranzit dəhlizi keçir:

“Beynəlxalq tranzit dəhlizlərindən biri, “Şimal-Cənub” Rusiya, Azərbaycan, İrandan keçərək cənub-qərbi Asiyaya çıxır. Azərbaycan bu dəhlizin inkişafı üçün çox iş görür. Bir müddət əvvəl Rusiya ilə sərhəddə avtomobil körpüsü. İranla sərhəddə dəmiryol körpüsü açılıb. Biz dəhlizin inkişafı üçün həm İranla, həm də Rusiya ilə əməkdaşlıq edirik və mövcud vəziyyətə baxmayaraq biz tranzit daşımaları bir gün belə dayandırmamışıq”.

Nazir müavininin sözlərinə görə, 2020-ci il ərzində Azərbaycan ərazisindən tranzit daşımaları əvvəlki illə müqayisədə 19 faiz artıb:

“Rəşt-Astara dəmir yolu cənubda “Cəbəhar” limanı ilə əlaqəlidir və bu yol vasitəsilə Hindistandan, cənub-qərbi Asiya ölkələrindən və əks istiqamətdə yük daşımaq mümkün olacaq”.

(Tərcümə: Orxan Nəbiyev)