RƏSMİ: Azərbaycanda koronavirusa yoluxmada pik vəziyyətdən sonra azalma var

“Bir neçə gün öncəyə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 4 mindən çox idi. Bu tendensiya bir-iki həftə davam etdi. Sanki bu, həmin dediyimiz pik vəziyyət idi. İndi pik vəziyyətdən sonra getdikcə azalmalar müşahidə edilir”.

Yenicag.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov “Real tv”yə açıqlamasında deyib.

“Burada sözsüz ki, görülmüş əks-epidemik tədbirlərin böyük əhəmiyyəti var. İnsanların da tələb olunan qayda-qanunlara riayət etməsi, müəyyən qadağaların tətbiq olunması, müxtəlif müəssisələrin bağlanması, iş rejiminin məhdudlaşdırılması və s. kompleks tədbirlər nəticəsində hər gün yoluxma sayında azalmalar, bəzən isə kəskin azalmalar müşahidə edilir”, – o bildirib.

www.yenicag.az