Rəcəb Tayyib Ərdoğan Zakir Həsənovu qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib.

Bu barədə Trend Türkiyə Prezident Administrasiyasına istinadən xəbər verir.

Məlumata əsasən, görüşdə həmçinin Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar da iştirak edib.

Teqlər: