Rəcəb Tayyib Ərdoğan “WhatsApp”dan imtina etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp” messencerindən istefadədən imtina edib.

AzerTimes-ın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, T.Ərdoğanın messencerdən imtina etməsinə səbəb “WhatsApp”ın gizlilik siyasətindəki dəyişikliklər olub.

Bildirilir ki, təhlükəsizlik problemləri ilə əlaqədar Türkiyə Prezidenti Administrasiyası daha əvvəl “WhatsApp”da olan qruplarını “Turkcell Iletisim Hizmetleri AS”a məxsus olan BiP tətbiqinə keçirəcək. T.Ərdoğandan sonra ölkənin Müdafiə Nazirliyi də BiP tətbiqinə keçib.

Türkiyə Prezidentinin ofisi jurnalistləri də BiP tətbiqinə keçməyə çağırıb.

azertimes.az