“Real Sosyedad” İspaniya Kubokunun qalibi oldu

Bu gün Sevilya şəhərinin Olimpiya stadionunda İspaniya Kubokunun final oyunu keçirilib.

AzerTimes-ın məlumatına görə, final qarşılaşmasında “Real Sosyedad” klubu “Atletik Bilbao” klubunu minimal hesabla məğlub edib – 1:0.

Oyunda yeganə qolu penalti zərbəsindən Mikel Oyarsabal vurub.

Beləliklə, “Real Sosyedad” tarixində üçüncü dəfə İspaniya Kubokunun qalibi olub.

Teqlər: