“Real Madrid” ilə “Çelsi” Çempionlar Liqasının ilk yarı finalında heç-heçə edib

İngiltərənin “Çelsi” klubunun futbolçuları səfərdə İspaniyanın “Real Madrid” komandası ilə Çempionlar Liqasının ilk yarı final matçında qarşılaşıb.

AzerTimes-ın məlumatına görə, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

London komandasının heyətində qolu Kristian Pulişiç (14-cü dəqiqə) vurub. “Real” komandasına Kərim Benzema fərqlənib (29).

Komandaların cavab görüşü 5 mayda baş tutacaq. Sabah Fransanın PSJ klubu ilk yarımfinalda İngiltərənin “Mançester Siti”ni qəbul edəcək

Teqlər: