“Real Madrid” Azad Rəhimovun vəfatı ilə bağlı bağsağlığı verib

Xəbər - Orxan Nəbiyev – Trend:

İspaniyanın “Real Madrid” futbol klubu gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

AzerTimes-ın məlumatına görə, bu barədə klubun Gənclər və İdman Nazirliyinə ünvanlanan məktubunda deyilir.

“Real”ın icraçı vitse-prezidenti Enrike Sançes Qonsales nazirin ölüm xəbərindən dərindən kədərləndiklərini bildirib.

Vitse-prezident “Real” klubu adından nazirin yaxınlarına və ailəsinə başsağlığını ifadə edib.

Teqlər: