Real Madrid 3:0 Atletiko Madrid

Real Madrid 3:0 Atletiko Madrid

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb. İlk oyun günündə Madrid derbisi baş tutub. “Real” öz meydanında “Atletiko”nu qəbul edib.

Son 3 ildə bu komandalar Çempionlar Liqasının finalında 2 dəfə üz-üzə gəliblər ki, hər iki halda da “Real” kuboku başı üzərinə qaldırıb.

Elə budəfə də qələbə “Real”ın olub. Het-trik etməklə gecəyə damğasını vuran Kriştiano Ronaldo “Kral klubu”nu finala yaxınlaşdırıb.

“Real Madrid” (İspaniya) 3 – 0 “Atletiko Madrid” (“İspaniya)
Qollar: Ronaldo – 10; 73; 86 dəqiqələrdə